02:15 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
9 0 0

Maksim Oreşkinin Bakıya səfəri çərçivəsində Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçiriləcək və protokol imzalanacaq

BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Maksim Oreşkinin Bakıya səfəri çərçivəsində Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçiriləcək və protokol imzalanacaq. Daha sonra Rusiya İqtisadi İnkişaf naziri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirəcək, Zabrat hava limanında vertolyotlara texniki xidmət və təmir Servis Mərkəzinin, Hacıqabulda izolyasiya məhsulları zavodunun təməlqoyma mərasimində iştirak edəcək.

Bundan əlavə, Maksim Oreşkin Pirallahıda “R-FARM” farmakoloji zavodunun birinci xəttinin açılışında iştirak edəcək, “Azərmaş-QAZ” maşınqayırma zavodunun tikintisinin gedişatı ilə tanış olacaq.

Əsas mövzular