SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK yeni parlament üçün toplanacaq

© Sputnik / Murad OrujovMSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq

BAKI, 6 dekabr — Sputnik. Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Nəsimi rayon 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
SİYASƏT
Başlandı: Seçki sənədlərinizi təqdim edə bilərsiniz

Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları parlamentin buraxılması ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayıblar. Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Xəbər lenti
0