SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Məmmədyarovla görüşünün detallarını açıqladı

© Sputnik / Murad OrujovПресс-конференция Лаврова и Мамедъярова в Баку
Пресс-конференция Лаврова и Мамедъярова в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov qeyd edib ki, Elmar Məmmədyarovla bir sıra regional və beynəlxalq məsələləri müzakirə edilib: "Biz eyni zamanda Xəzər dənizinə dair vəziyyəti də müzakirə etdik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr - Sputnik. “Bu il Azərbaycanla ticarət dövriyyəsinin üç milyard dolacağı gözlənilir. Bu da ötən illə müqayisədə 15 faiz artım deməkdir”.

Руины здания в оккупированном Арменией городе Гадруте, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ümid var: İqor Popov Qarabağ münaqişəsinə dair qəliz sualları cavablandırdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Serqey Lavrov ilə görüşdən sonra tərəflərin keçirdiyi mətbuat konfransında S.Lavrov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısında Rusiyada Azərbaycan günləri keçiriləcək: "Hökumətlərarası komissiyanın altıncı qrupu yaranacaq. Bu, inovvasia və yeni texnologiyalara həsr olunub. Düşünürük ki, bu komissiyanın fəaliyyəti əməkdaşlığın mahiyyətini vurğulayır".

Sergey Lavrov qeyd edib ki, Elmar Məmmədyarovla bir sıra regional və beynəlxalq məsələləri müzakirə edilib: "Biz eyni zamanda Xəzər dənizinə dair vəziyyəti də müzakirə etdik".

Sergey Lavrov eyni zamanda vurğulayıb ki, iki ölkə arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır. Rusiyalı nazir humanitar sahədə əlaqələrə toxunaraq qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir

O, Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğıya görə təşəkkür edib. Rusiya XİN başçısı bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.

Nazir Gənclər forumunun gələcəkdə də təşkil olunmasının vacibliyini qeyd edib.

O, həmçinin vurğulayıb ki, BMT, ATƏT, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı  kimi beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir.

Xəbər lenti
0