00:12 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
22 0 0

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar

BAKI, 1 dekabr – Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar.

Qeyd edək ki, bu gün Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Əsas mövzular