SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dmitri Medvedev Mehriban Əliyevanın Rusiyaya səfərini dəyərləndirdi

© AZƏRTACПервый вице-президент Мехрибан Алиева встретилась с премьер-министром России Дмитрием Медведевым
Первый вице-президент Мехрибан Алиева встретилась с премьер-министром России Дмитрием Медведевым - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün bunların hamısı bizim ölkələrimiz arasında mehriban qonşuluğu, partnyorluğu, dostluğu tam surətdə əks etdirir. Və sizin səfəriniz bunun birbaşa təcəssümüdür"

BAKI, 21 noyabr — Sputnik. Rusiyanın Baş Naziri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəsinə səfərini iki ölkə arasındakı dostluğun və tərəfdaşlığın birbaşa təsdiqi kimi kimi dəyərləndirib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, D.Medvedev həmçinin cümə günü M.Əliyeva ilə RF Prezidenti Vladimir Putin arasında danışıqların aparılacağını da bildirib.

M.Əliyeva ilə görüşdə Rusiya hökumət başçısı Azərbaycandan olan qonaqları salamlayıb və nümayəndə heyətinin səfər proqramının dolğunluğuna diqqət çəkib: "O, geniş, zəngindir - bu, həm bizim sizinlə danışıqlarımızı, həm sabah Rusiya Federasiyasının Prezidenti ilə görüşü, həm regionlararası forumu, özü də bu forum əsl, genişmiqyaslıdır, Rusiyanın əksər bölgələri iştirak edəcək; həm də çox gözəl bir hadisəni - XTNS-də Azərbaycan pavilyonunun açılışını ehtiva edir. Bütün bunların hamısı bizim ölkələrimiz arasında mehriban qonşuluğu, partnyorluğu, dostluğu tam surətdə əks etdirir. Və sizin səfəriniz bunun birbaşa təcəssümüdür", - Medvedev bildirib.

© AZƏRTACAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
Dmitri Medvedev Mehriban Əliyevanın Rusiyaya səfərini dəyərləndirdi - Sputnik Azərbaycan
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

D.Medvedev cari danışıqlar ərəfəsində həm iqtisadi, həm də digər sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətlərin aktual problemlərini müzakirə etməyi təklif edib.

Görüş çərçivəsində Baş Nazir özünün Azərbaycana səfərlərini də xatırladıb.

"Əlbəttə, Azərbaycana səfərim yadımdadır - axırıncı dəfə bu, 2016-cı ilin aprelində olmuşdu, amma ondan sonra da bizim bir neçə dəfə görüşmək imkanımız olub", - o qeyd edib.

Rusiyalı nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını da xahiş edib.

Xəbər lenti
0