SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: Avropanın erası bitir, Asiya bəşəriyyətin tarixini yazır

© Sputnik / Yuriy KorsuntsevНаучный директор Германо-российского форума Александр Рар
Научный директор Германо-российского форума Александр Рар - Sputnik Azərbaycan
Abunə olmaq
"Asiyada iqtisadi əməkdaşlıq üçün bəşəriyyətin bütün tarixi boyunca heç vaxt görmədiyi böyük məkan yaradılır. Bu məkan özündə dünya iqtisadiyyatının 50%-ini təşkil edir"

BAKI, 12 noyabr — Sputnik. Dünyanın inkişaf mərkəzi Qərbdən Şərqə keçir. Bunu Sputnik-lə söhbəti zamanı Özbəkistanda keçirilən "Valday" beynəlxalq diskussiya klubunun X Asiya konfransında iştirak edən Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib.

Ekspertin sözlərinə görə, dünya hazırda Böyük Asiyanın yaradılışının şahidi olur.

"Bu gün Böyük Asiya haqqında yalnız arzu etmək yox, danışmaq da olar, onun necə yaradıldığını görmək olar. Buraya müxtəlif ölkələr tərəfindən təşkil olunan yeni alyanslar, əməkdaşlığın yeni iqtisadi formaları, azad zonalar daxildir", - deyə Aleksandr Rar "Mərkəzi Asiya və Avrasiya: Qlobal qarışıqlığın çağırışları qarşısında çoxtərəfli əməkdaşlıq" konfransı çərçivəsində çıxışı zamanı bildirib.

Mütəxəssis vurğulayıb ki, Böyük Asiyaya "Qərbdən uzaqlaşan" Türkiyə və "2-3 il əvvəl Birləşmiş Ştatlarla əməkdaşlığa yönələn" Filippin və Vyetnam da daxil olub.

"Asiyada iqtisadi əməkdaşlıq üçün bəşəriyyətin bütün tarixi boyunca heç vaxt görmədiyi böyük məkan yaradılır. Bu məkan özündə dünya iqtisadiyyatının 50%-ini təşkil edir. Bütün bu iqtisadi proseslərin bazasında həm də gələcək dünya düzənini formalaşdıracaq siyasi institutlar və hərbi birliklər də yaradılacaq", - deyə Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib.

China Railway Ekspress Ankaradan yola salınıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Çindən gələn "qonaq" iş adamları üçün günləri qısaldır: "Bu hələ başlanğıcdır"

Onun sözlərinə görə, Asiya dünyadakı vəziyyəti qaydaya salmaq və sabitləşdirmək üçün ən mürəkkəb və müxtəlif ölkələr arasında təmas nöqtələri axtaracaq.

"Bu gün, ola bilsin ki, doğrudan da Avropanın erası bitir və biz Asiyanın bəşəriyyətin tarixini yazacağı digər bir eraya qədəm qoyuruq. Başqa qaydalarla yeni dünya nizamı formalaşdırılacaq. Bu, hər şeyi liberal iqtisadi və siyasi sistem bazası üzərində qurmağa cəhd edən Qərbin istədiyi kimi olmayacaq. Bu, tamamilə başqa bir şey olacaq: Hər bir ölkə dialoq, öz imkanları, ənənələri vasitəsilə daha böyük bir şeyə qoşulacaq", - deyə Aleksandr Rar vurğulayıb.

"Valday" ekspert klubunun üzvü ölkələrin təcriddən çıxmasına və inteqrasiyaya hazır olmalarına diqqət çəkib.

"İndi hər şey kəskin şəkildə dəyişir və mən hesab edirəm ki, bu daha geniş əməkdaşlıq üçün bir yoldur. Mən bütün bunların nə ilə yekunlaşacağını bilmirəm, lakin hələlik hər şey dinc, sivil şəkildə gedir. Burada bütün ölkələrin bir-birlərinə ehtiyacı var", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Səmərqənddə Valday klubunun "Mərkəzi Asiya və Avrasiya: Qlobal qarışıqlığın çağırışları qarşısında çoxtərəfli əməkdaşlıq" mövzusunda X Asiya konfransı keçirilir. Konfransa 11 ölkədən (Rusiya, Özbəkistan, Almaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Filippin, İsveç və Yaponiya) 70-dən çox aparıcı ekspert qatılıb.

Xəbər lenti
0