SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Serqey Şoyqu Bakıdadır

© Sputnik / Sergei Guneyev / Mediabanka keçidПрезидент РФ В. Путин провел совещание с военными в Сочи
Президент РФ В. Путин провел совещание с военными в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, MDB üzvü olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması planlaşdırılır

BAKI, 29 oktyabr — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya jurnalistlərə açıqlamasında deyib.

Министр обороны РФ Сергей Шойгу на церемонии открытия Армейских международных игр АрМИ-2017 в Московской области - Sputnik Azərbaycan
Şoyqunun səfəri: Ermənistandakı Rusiya bazasının gücü iki dəfə artırılacaq

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər nəzərdən keçiriləcək”, - deyə nazirliyin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, “2019-cu ildə hərbi əməkdaşlığın nəticələrinin ümumiləşdirilməsi, habelə MDB üzvü olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması planlaşdırılır”.

“Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək”, - Markovskaya belə deyib.

O, görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan müdafiə nazirliklərinin nümayəndə heyətlərinin iştirak edəcəyini də əlavə edib.

Xəbər lenti
0