SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ruhani: “Əlimizdən gələni etməliyik ki, ABŞ-ın qarşısını alaq”

© Official website of President of Azerbaijan RepublicВ Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения.
В Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения. - Sputnik Azərbaycan
Abunə olmaq
İran Prezidenti: “ABŞ maliyyə aləti kimi dollardan öz siyasi maraqları naminə istifadə edir. Bəzi dövlətlər sanksiya nəticəsində beynəlxalq bank əməliyyatları hüququndan məhrum edilib”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr - Sputnik. “İkiqütblü sistemin süqutundan sonra ABŞ birqütblü cəbhə yaratmağa çalışır. ABŞ media və digər güclərindən istifadə edərək dövlətlərə təzyiq edir. İnkişaf etməkdə olan dövlətlərin gücünün artması ABŞ-ın hegemonluğuna qarşı dirənişə səbəb olur. ABŞ isə özünün hərbi gücündən istifadə edərək dünyanın müxtəlif yerlərində münaqişələri təşviq edir. Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, biz əlimizdən gələni etməliyik ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq”.

© © (Photo by - / Iranian Presidency / AFP)İran Prezidenti Həsən Ruhani, arxiv şəkli
Ruhani: “Əlimizdən gələni etməliyik ki, ABŞ-ın qarşısını alaq” - Sputnik Azərbaycan
İran Prezidenti Həsən Ruhani, arxiv şəkli

Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə bildirib.

Ruhani qeyd edib ki, ABŞ-ın yürütdüyü siyasət on minlərlə ABŞ əsgərinin ölümünə və milyardlarla ABŞ dollarının sərf edilməsinə, bir çox problemlərin yaranmasına səbəb olub. İran Prezidenti vurğulayıb ki, ABŞ-a etibarın kəskin şəkildə azalması dünyada yeni liderlərin meydana gəlməsinə səbəb olub.

Ruhani qeyd edib ki, bu gün dünya ölkələrinin suverenlikləri pozulur: “Hərbi qütbləşmə, silah yarışı, regional qarşıdurmalar artmaqdadır. Bununla da beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə qarışılır. ABŞ məqsədlərinə nail olmaq üçün müxtəlif üsullara əl atır. Bu da kobud şəkildə özünü göstərir”.

Prezident əlavə edib ki, İran İslam Respublikası radikal qruplara qarşı BMT sessiyası zamanı bir sıra təkliflərlə çıxış edib: 

Президент Венесуэлы Николас Мадуро и Президент Азербайджана Ильхам Алиев  - Sputnik Azərbaycan
SİYASƏT
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi
“Fələstində, Yəməndə, Suriyada, Əfqanıstanda davam edən münaqişələrin yeganə həll yolu, həmin ölkələrin ərazi bütövlüyü, suverenliyi və onların daxili işlərinə qarışılmaması prinsipidir. Türkiyə, Rusiya və İranın Astana formatında əməkdaşlığı Suriyanın böyük ərazisində sülhün bərqərar olması ilə nəticələndi və qaçqınlar öz doğma torpaqlarına qayıtdılar. Qonşu ölkələrin sülh və sabitliyi İranın sülh və sabitliyi ilə bağlıdır”.

İran Prezidenti bir sıra təkliflərlə də çıxış edib: “ABŞ maliyyə aləti kimi dollardan öz siyasi maraqları naminə istifadə edir. Bəzi dövlətlər sanksiya nəticəsində beynəlxalq bank əməliyyatları hüququndan məhrum edilib. Neqativ üsullara qarşı mübarizədə birgə səylər göstərə bilərik. Biz alternativ və müxtəlif təşəbbüslər irəli sürə bilərik. Xüsusilə bank sistemi ilə bağlı. Kriptovalyutadan istifadə edə bilərik. Təhlükəsizlik və müstəqilliyə qarşı yönələn addımlardan biri də kibertexnologiyalar və sosial şəbəkələr vasitəsilə məkrli niyyətlərin həyata keçirilməsidir. Biz kibertəhlükəsizlik sahəsində xüsusi saziş də hazırlaya bilərik ki, bu cür təhdidlərə qarşı birgə mübarizə aparaq”.

Xəbər lenti
0