SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü keçirilir

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ də Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr – Sputnik. Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin ölkə və hökumət başçılarının iştirakı ilə XVIII Zirvə görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, sammitdə 158 ölkə və beynəlxalq təşkilat iştirak edir.

Sammit zamanı təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçəcək.

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
SİYASƏT
Məmmədyarov: "Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunu gücləndirəcəyik"

Sammitdə dörd sənədin qəbul ediləcəyi gözlənilir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ də Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.

Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və bu il ilk dəfə hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. Azərbaycan Respublikası 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Xəbər lenti
0