SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda Suriyanın taleyinə dair önəmli görüş keçirilib

© REUTERS / HANDOUTМинистр иностранных дел Турции Мевлют Чавушоглу встретился со своим иранским коллегой Мохаммадом Джавадом Зарифом в Анкаре, Турция
Министр иностранных дел Турции Мевлют Чавушоглу встретился со своим иранским коллегой Мохаммадом Джавадом Зарифом в Анкаре, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Zərif və Çavuşoğlunun görüşü Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə baş tutan görüşündən iki gün sonra keçirilib

BAKI, 24 oktyabr — Sputnik. İran və Türkiyə xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu bu gün Bakıda görüş keçirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən tərəflər ikitərəfli münasibətləri, Suriyanın şimalındakı vəziyyəti, Astana prosesini və Suriya Konstitusiya Komitəsinin çağırılması, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Zərif və Çavuşoğlunun görüşü Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə baş tutan görüşündən iki gün sonra keçirilib.

Xəbər lenti
0