SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK-nın yeni sədr müavini bəlli oldu

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана  - Sputnik Azərbaycan
Abunə olmaq
Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı ilə qəbul edilib

BAKI, 23 oktyabr - Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

© REPORTRövzət Qasımov
MSK-nın yeni sədr müavini bəlli oldu - Sputnik Azərbaycan
Rövzət Qasımov

İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı ilə qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.

Xəbər lenti
0