SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ramiz Mehdiyev ali ordenlə təltif edildi və Təhlükəsizlik Şurasına göndərildi

© Photo : REPORTPrezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib

BAKI, 23 oktyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident üç ali məktəblə bağlı Fərman verdi

Sputnik Azərbaycan-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Prezidentin Fərmanı ilə akademik Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib
Ramiz Mehdiyev ali ordenlə təltif edildi və Təhlükəsizlik Şurasına göndərildi - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib

R.Mehdiyev Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu orden ilə təltif edilib. 

Xəbər lenti
0