SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdi

© Photo : REPORTPrezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edib

BAKI, 23 oktyabr - Sputnik. Ramiz Mehdiyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Şahin Mustafayev barədə sərəncam imzaladı

Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram. Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, bundan əvvəl Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad ediliblər. Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarılaraq, Baş Nazirin müavini təyin edilib.

Mikayıl Cabbarov isə Vergilər naziri postundan azad edilərək, İqtisadiyyat naziri vəzifəsinə təyin edilib.

Xəbər lenti
0