SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı sammitində 60 ölkə iştirak edəcək – Ermənistan olmayacaq

© REPORTAzərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov
Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qeyd edib ki, bu günə kimi Ermənistan iştirakla bağlı niyyətini bildirməyib və qeydiyyatdan keçməyib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. “Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

Müzakirələr - Sputnik Azərbaycan
TƏHLİL
NATO, KTMT, Qoşulmama Hərəkatı: Gəmimiz aysberqlər arasında üzür

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir.

“Ermənistanın Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu var. Azərbaycan tərəfi bütün ölkələrin bu Zirvə Görüşündə iştirak edə biləcəyini bəyan edib”, – deyə Həsənov əlavə edib.

Nazir müavini qeyd edib ki, lakin bu günə kimi Ermənistan iştirakla bağlı niyyətini bildirməyib və qeydiyyatdan keçməyib.

Ramiz Həsənov Bakıda keçiriləcək 18-ci Zirvə Görüşündə 4 yekun sənədin qəbulunun gözlənildiyini də vurğulayıb. Onun sözlərinə görə, bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrinin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Xəbər lenti
0