SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanı Soçidə gözləyən böyük sürpriz – Görüşdə üçüncü tərəf də olacaq

© REUTERS / Dado RuvicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Madam Ankara bütün olanlara baxmayaraq İsrail və Birləşmiş Ştatlarla əlaqələrini müəyyən formada davam etdirir, onda niyə rəsmi Dəməşqlə də münasibətlər qurulmur?"

BAKI, 21 oktyabr — Sputnik. Soçidə baş tutacaq Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşündə bir sürpriz yaşana bilər və Suriya Prezidenti Bəşər Əsəd də danışıqlar masasında ola bilər. Sputnik Türkiyə xəbər verir ki, bunu "Yeni Akit" qəzetinin yazarı Abdurrahman Dilipak bu gün yayımlanan "5-e 1 kala" adlı yazısında qeyd edib.

Dilipak "5-e 1 kala" başlıqlı yazısında Birləşmiş Ştatlar və Türkiyənin "Sülh bulağı" əməliyyatına verdiyi fasiləni dəyərləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
“Dostundan” Ərdoğanı qəzəbləndirəcək sözlər

"Trampın ipi ilə quyuya enilməz" deyən müəllif yazısında Türkiyənin Dəməşq rəhbərliyi ilə niyə münasibətlərinin qurulmadığını soruşub: "Madam Ankara bütün olanlara baxmayaraq İsrail və Birləşmiş Ştatlarla əlaqələrini müəyyən formada davam etdirir, onda niyə rəsmi Dəməşqlə də münasibətlər qurulmur?".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin Soçidə gerçəkləşəcəyi görüşünü xatırladan Dilipak "Masada Əsədin də ola biləcəyini iddia edib".

"Fasilə üçün nəzərdə tutulan 120 saatın sonunda, yəni sabah, oktyabrın 22-i Ərdoğan və Putin Soçidə danışıqlar masasında əyləşəcəklər. Soçidə bir sürpriz ola bilər və Əsəd masada ola bilər. Rusların gözləntisi məhz bu istiqamətdədir" - o yazıb.

Xəbər lenti
0