SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hulusi Kılıç: "Türkiyə olaraq çox böyük bir yükün altındayıq"

© Sputnik / Murad OrujovБывший посол Турции в Азербайджане Хулуси Кылыч
Бывший посол Турции в Азербайджане Хулуси Кылыч  - Sputnik Azərbaycan
Abunə olmaq
Eks-səfir: " Ərəb ölkələri nə qədər qaçqına qucaq açıb? Ona görə də bu məsələdə onları ciddiyə almırıq"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Artıq neçə gündür ki, Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyata başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.

Hazırda Suriyada mürəkkəb proseslər davam edir. Türkiyə tək başına ciddi terror qruplaşmaları ilə üz-üzə gəlib. Bunun nəticəsi olaraq Türkiyəyə xaricdən təzyiqlər də var. Mövzu ilə bağlı Azərbaycan Prezidentindən ilk "Dostluq ordeni" alan, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordiantoru Hulusi Kılıçla həmsöhbət olduq.

Hulusi bəy Suriyada baş verən hadisələrə münasibət bildirmək üçün dəvətimizi qəbul edib agentliyimizə təşrif buyurdu.

"Bilirsiniz ki, 8-9 ildir ki, Suriyada qarışıqlıqdır. Bu ölkə bizim qonşumuzdur. 910 km bizim ortaq sərhəddimiz var. Ora müdaxilə edən ölkənin bizim qədər özəlliyi yoxdur. İndi orada PKK-nı terror qruplaşması olaraq tanıyır. Bu işdə hər kəsin düzgün olması lazımdır. Bəziləri Türkiyənin məlum addımlarına müharibə adı verir. Bu səhv fikirdir. Müharibə iki ölkə arasında baş verir. Bizim məqsədimiz ərazini terror qrupundan təmizləməkdir. Çünki onlar Türkiyənin sabitliyini pozur. Suriyanın şimalında toplaşmış bu terrorçular başlarının üzərində Abdullah Öcalanın şəkillərini asırlar. Bizim üçün YPG, PKK terror qrupudur. Millətimizin təhlükəsizliliyi baxımından bu əməliyyatlar vacibdir. Orada baş verən hadisələrə görə Türkiyə 4 milyon qaçqın qəbul edib. Biz arzulayırıq ki, dinc sakinlər oraya rahat şəkildə getsin. Hansı ölkə bu qədər qaçqını uzun müddətə ölkəsinə buraxar? Bu illər ərzində onlara 40 milyard dollar xərcləmişik. Avropa Birliyi yardım olaraq 6 milyard dollar verəcəyini bildirmişdi. Amma yarısını verdi".

Keçmiş səfir ölkəsinin NATO-dakı müttəfiqlərini də tənqid etdi: "Türkiyə NATO-nun çox sağlam ölkəsidir. İllərcə NATO-ya qulluq etmişik. Baxdığımızda görürük ki, NATO-ya üzv olan ölkələr heç də bu məsələdə bizimlə eyni fikirdə deyil. Təbii ki, bu ikili standartdan xəbər verir. Hətta ərəb ölkələri də bizə iradlarını bildirir. Cənab Ərdoğan demişkən, irad bildirsələr nə olacaq, bildirməsələr nə. Özləri güzgüyə baxsınlar. Suriyada minlərlə insan qətl edilərkən harada idilər? Hansının yardımı oldu? Ərəb ölkələri nə qədər qaçqına qucaq açıb? Ona görə də bu məsələdə onları ciddiyə almırıq. Türk xalqı bu işdən son dərəcə məmnundur. 4 milyon qaçqın bizim evin qonağıdır. Kiminsə evinə iki qonaq gəlsə, 5 gün, on gün qalsa, nə olar? Bu qaçqınların nə qədər övladları dünyaya gəlir. Onların sağlıq vəziyyəti çox önəmli məsələdir. Türkiyə olaraq çox böyük bir yükün altındayıq. Bizi anlamaq lazımdır. O baxımdan "Barış Pınarı" əməliyyatı vacibdir. Atatürkün gözəl bir fikri var: "Ehtiyac olmadıqca döyüşmək cinayətdir". Ən qısa zamanda Türkiyə bu əməliyyatları sona çatdıracaq və bölgəyə əmin-amanlıq gətirəcək. Terror qruplaşmalarını yox edəcək".

Xəbər lenti
0