SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Orban Bakıda türk liderlərinə səsləndi: Britaniya ilə danışıqlarda diqqətli olun

© AFP 2023 / ATTILA KISBENEDEKMacarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən tez-tez Bakıya gəlirəm və hər gəlişimdə gördüyüm inkişaf məni heyran edir. Bu münasibətlə Azərbaycan Prezidentini təbrik edirəm. Məni dəvət etdiyinizə görə təşəkkür edirəm"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. "Mən tez-tez Bakıya gəlirəm və hər gəlişimdə gördüyüm inkişaf məni heyran edir. Bu münasibətlə Azərbaycan Prezidentini təbrik edirəm. Məni dəvət etdiyinizə görə təşəkkür edirəm".

Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan 190 milyonluq Avrasiya bazarına çıxa bilər
  Sputnik Azərbaycan xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orban, eyni zamanda sammitdə çıxışı zamanı Nazarbayevi qıpçaqların böyük dostu adlandırıb: "Macarıstanda qıpçaqlar yaşayırlar, macarların qanında qıpçaq qanı axır, Nazarbayev Macarıstanda qıpçaq cəmiyyətinin fəxri üzvüdür".

Macarıstan Baş naziri ölkəsinin iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini xüsusilə vurğulayıb: "İqtisadiyyatımız keçən il 5 faiz artıb, bu il də artımı qarşımıza məqsəd qoymuşuq. Macarıstanla Türk Şurası ölkələri arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb".

Orban xatırladıb ki, Macarıstan hökuməti Türk Şurasına üzv ölkələrin gəncləri üçün təqaüdlər ayırıb: "Qazaxıstandan 250, Azərbaycandan 200, Türkiyədən 150, Qırğızıstandan olan 30 gəncə təqaüd ayrılıb. Biz bu rəqəmləri artırmağa hazırıq".

Orban çıxışında qeyd edib ki, Böyük Britaniya bu ayın sonunda Avropa İttifaqına üzv ölkələrinin sıralarını tərk edəcək: "Bu ölkə ilə əməkdaşlıq yeni qaydalar əsasında yenidən qurulmalı olacaq. İndiyə qədər digər ölkələrin Britaniya ilə əməkdaşlığı Avropa İttifaqının oyun qaydalarına əsasən müəyyənləşirdi. Bu baxımdan Böyük Britaniya ilə bizim ölkələr arasında yeni müqavilələr bağlanmalı olacaq. Sizi diqqətli olmağa çağırıram. Çünki Macarıstanla yeni müqavilə Avropa İttifaqı qaydaları əsasında olacaq, lakin sizin ölkələrinizlə bu fərqli, öz qaydalarınız, danışıqlarınız əsasında olacaq".

Xəbər lenti
0