05:46 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
27 0 0

Türkiyənin Xarici İşlər naziri: “Ermənistan uzun müddətdir ki, Qarabağı və Azərbaycanın digər torpaqlarını işğal edib. Dünya hələ də ikili standartlardan çıxış edir”

BAKI, 15 oktyabr — Sputnik. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. 

M. Çavuşoğlu deyib ki, Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu olmaz: “Biz xaricdə də qüvvələrimizi birləşdirdik. Bizim olmadığımız yerdə hər zaman Azərbaycan Türkiyəni, Türkiyə xalqını müdafiə edir. Biz də Azərbaycan olmadığı yerdə Azərbaycanı müdafiə edirik, bu, bizim borcumuzdur”.

“Ermənistan uzun müddətdir ki, Qarabağı və Azərbaycanın digər torpaqlarını işğal edib. Dünya hələ də ikili standartlardan çıxış edir”. M.Çavuqoğlu deyib ki, ATƏT-in Minsk Qrupunun səyləri də bir nəticə verməyib: “Azərbaycanı haqlı mübarizəsində yalnız buraxmamalıyıq”.

Əsas mövzular