03:26 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
14 0 0

Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

  • Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
    © Official website of President of Azerbaijan Republic
  • Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
    © Official website of President of Azerbaijan Republic
1 / 2
© Official website of President of Azerbaijan Republic
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Sputnik Azərbaycan-ın xəbərinə görə, söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulanıb.

Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Söhbət zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafinda fikir mübadiləsi aparıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Əsas mövzular