01:53 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan sabah Bakıya gəlir

© urat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERS
SİYASƏT
Qısa URL
60 0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin apardığı hərbi əməkliyyata baxmayaraq, Azərbaycana səfər edəcək

BAKI, 13 oktyabr – Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət rəhbərlərinin 7-ci zirvə toplantısı keçiriləcək.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin apardığı hərbi əməkliyyata baxmayaraq, Azərbaycana səfər edəcək. Bbu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.

Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.

Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Əsas mövzular