CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir

© © Mehmet Ali Dag/ Ihlas News Agency (IHA) via REUTERS ATTENTION EDITORSTürkiyə-Suriya sərhədi yaxınlığında yerləşən Kilisdə Türkiyənin hərbi konvoyu
Türkiyə-Suriya sərhədi yaxınlığında yerləşən Kilisdə Türkiyənin hərbi konvoyu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh bulağı" Suriyada sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

Женщина идет вдоль турецкой границы, на фоне бомбардировки Рас-эль-Айне в провинции Хасаке - Sputnik Azərbaycan
Türkiyənin Suriyadakı əməliyyatından ilk VİDEOGÖRÜNTÜ

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

"Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh bulağı" əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - deyə bəyanatda qeyd olunub.

Xəbər lenti
0