05:24 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Məzahir Pənahov

MSK sədri: "İdeal seçici siyahısı tərtib etmək mümkün deyil"

© Photo: REPORT
SİYASƏT
Qısa URL
8 0 0

"Bilirsiniz ki, seçki vasitəsilə ölkələrə müdaxilə etməyə cəhd edirlər. Dünyada durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr - Sputnik. “Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə bildirib.

MSK sədri qeyd edib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb: “Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişikliklər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik.

MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq. Hazırda ucqar rayonlarda da səsvermənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkələrə müdaxilə etməyə cəhd edirlər. Dünyada durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Heç bir ölkədə seçkilər xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun. Dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil”.

Teqlər:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, seçki

Əsas mövzular