SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda yeni seçki məntəqələri yaradılır

© Sputnik / Murad OrujovYasamal rayon 17 saylı seçki məntəqəsi
Yasamal rayon 17 saylı seçki məntəqəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, komissiyanın iclasında həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanda yeni seçki məntəqələri yaradılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.

Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
MSK sədri və üzvlərinin vəzifə maaşları məlum oldu

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələri yaradılacaq.

Bundan əlavə, komissiyanın iclasında həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib.

Gündəliyə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0