01:54 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
SİYASƏT
Qısa URL
81 0 0

"İlk növbədə Prezident İlham Əliyevin mənə böyük etimad göstərək Baş nazir vəzifəsinə təyin etdiyi üçün təşəkkürümü bildirirəm"

BAKI, 8 oktyabr - Sputnik. Baş nazir Əli Əsədov Milli Məclisinin tribunasında ilk çıxışını edib.

Sputnik Azərbaycan xəbər verir ki, Ə.Əsədov ölkə başçısına göstərdiyi etimada görə təşəkkürünü bildirib: “İlk növbədə Prezident İlham Əliyevin mənə böyük etimad göstərək Baş nazir vəzifəsinə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gün cənab Prezidentin səyi nəticəsində ölkəmiz böyük inkişaf yolunu keçməkdədir. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb. Ümumi daxili məhsulun həcmi artır, sosial istiqamətlərdə ciddi addımlar atılır”.

Baş nazir Qarabağ məsələsinə də toxunaraq Ermənistan rəhbərliyinin populist çıxışlarına Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” ilə cavab verdiyini bildirib.

Əli Əsədov sonda Baş nazir vəzifəsinə namizədliyini təsdiq etdiyi üçün Milli Məclis üzvlərinə təşəkkür edib.

Qeyd edək ki, Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-ci dərəcə dövlət müşaviridir.

Əlaqədar

Bu gün yeni Baş Nazir təyin ediləcək
"Novruz Məmmədov dövlət başçısına müraciət edib"

Əsas mövzular