22:02 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

"Azərbaycanın dövlət başçısı izah etdi ki, "Dağlıq Qarabağ xalqı" anlayışı mövcud deyil"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
20 0 0

Sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir

BAKI, 5 oktyabr - Sputnik. “Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyil, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq”.

Sputnik Azərbaycan xəbər verir ki bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat xidmətinin ən son şərhində “Dağlıq Qarabağ xalqının” maraqları məsələsi ilə bağlı səsləndirdiyi fikirə münasibət bildirərkən deyib.

Abdullayevanın sözlərinə görə, bu barədə Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunda çıxışı zamanı bu məsələyə kifayət qədər əsaslı, aydın, konkret və qətiyyətli cavabını verib: “Ümumiyyətlə, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir. Hətta Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda  aydın şəkildə “əhalilərin sülhə hazırlanmasından” söhbət gedir. Azərbaycanın dövlət başçısı hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir”.

XİN sözçüsü əlavə edib ki, əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa,  o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir.

Əsas mövzular