SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatın başı üzərində qara buludlar: Baş Prokurorluq araşdırmaya başlayacaq

© APARafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Məhkəmədə onun dələduzluq və digər cinayətləri müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq"

BAKI, 1 oktyabr — Sputnik. "Mərkəzi Seçki Komissiyasının deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq. 

Xəstəxanada adam, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Şəkidə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov deyib.

Z. Qaralov qeyd edib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır: "Məhkəmədə onun dələduzluq və digər cinayətləri müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq".

Qeyd edək ki, dünən – sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Xəbər lenti
0