SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rafael Cəbrayılovla bağlı MSK-ya müraciət edildi

© REPORTRafael Cəbrayılov
Rafael Cəbrayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətdə Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar onun deputat səlahiyyətlərinə xitam verilməsi əksini tapıb

BAKI, 1 oktyabr — Sputnik. Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Sputnik Azərbaycan APA-ya istinadla məlumat verir ki, müraciətdə Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar onun deputat səlahiyyətlərinə xitam verilməsi əksini tapıb.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis müzakirə edəcəyi qanunların siyahısını açıqladı

Qeyd edək ki, dünən – sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Xəbər lenti
0