23:48 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
15 0 0

Tərəflər, həmçinin "Azərbaycan-Gürcüstan-Türkiyə" üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров накануне в рамках проходящей в Нью-Йорке 74-й сессии Генассамблеи ООН встретился с грузинским коллегой Давидом Залкалиани
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar.

Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.

Tərəflər, həmçinin "Azərbaycan-Gürcüstan-Türkiyə" üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

GUAM çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirən Nazirlər BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində keçiriləcək GUAM xarici işlər nazirlərinin görüşünə dair məsələləri müzakirə ediblər.

Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Əsas mövzular