05:06 16 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, arxiv şəkli

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcəklər

© AFP 2019 / OZAN KOSE
SİYASƏT
Qısa URL
8 0 0

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur

BAKI, 23 sentyabr — Sputnik. Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Teqlər:
görüş, Nyu-York, Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan, nazirlər, XİN

Əsas mövzular