06:55 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Qüds, arxiv şəkli

İsraildə kritik seçkilərin qalibi olmadı – Hər şeyi Azərbaycanın dostu həll edəcək

© AP Photo / Oded Balilty
SİYASƏT
Qısa URL
814 0 0

İsraildə yeni hökumətin qurulması üçün yaranacaq koalisiya 120 yerlik Knessetin 61-nə nəzarət etməlidir.

BAKI, 18 sentyabr — Sputnik. İsrail Knessetinə keçirilən seçkilərin nəticələri bəlli olmağa başlayır. Bu barədə Sputnik Azərbaycan "Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, ümumilikdə seçkilərdə səsvermə hüququ olan şəxslərin 69,4%-i iştirak edib.

İlkin məlumatlara görə, seçkilərdə heç bir partiya qələbə qazana bilməyib. Belə ki, ölkənin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud və onun əsas rəqibi "Göy və Ağ"lar Knessetdə eyni sayda yer - 32 yer qazanıblar. Bu isə ölkədə koalisiya hökumətinin qurulacağı anlamına gəlir. İsraildə yeni hökumətin qurulması üçün yaranacaq koalisiya 120 yerlik Knessetin 61-nə nəzarət etməlidir.

Hazırkı vəziyyətə görə baş nazir Benyamin Netanyahu (Aviqdor Libermanın "Bizim ev – İsrail" partiyasının iştirakı olmadan) 120 yerlik parlamentdə 54-56 yer alır. İsrailin sabiq baş qərargah rəisinin Beni Hantsın rəhbərlik etdiyi mərkəzçilər, solçular və hətta Libermanlarla birgə Knessetin yalnız 52 yerinə nəzarət ediblər.

Авигдор Либерман, фото из архива
© Sputnik / Grigory Sysoyev
Aviqdor Liberman

Görünən budur ki, Benyamin Netanyahu yenə də Azərbaycanın dostu olan sabiq müdafiə naziri "Bizim ev – İsrail" partiyasının lideri Aviqdor Libermanla uzlaşmaya getməli olacaq. Əks halda, İsraildə daha bir siyasi böhran yaşanacaq. Lakin bu uzlaşmanı qəlizləşdirən daha bir məqam Netanyahunun öz koalisiyasında mərkəzçilər, solçuları görmək istəməməsidir. Liberman isə bütün partiyaların təmsil olunduğu geniş milli birlik hökuməti qurulmayacağı təqdirdə Netanyahu ilə koalisiyaya getməyəcəyini bəyan edib.

İsrailin tarixi an yaşadığını qeyd edən Benyamin Netanyahu artıq güclü İsrail dövləti üçün bütün tərəflərin danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, İsrail qanunvericiliyinə əsasən ölkə prezidenti Reuven Rivlin Knessetin deputatlarından birinə 42 gün ərzində yeni hökumət qurmağı tapşırmalıdır. Ölkənin baş naziri postuna namizəd bir qayda olaraq ən çox deputat mandatı əldə edən partiyanın lideri olur. Lakin kabinetin formalaşdırılmasını prezident hamıdan çox mandat toplaya bilməyən siyasətçiyə də tapşıra bilər. Yeganə şərt həmin siyasətçinin 61 parlamentarinin dəstəklədiyi koalisiyanı qura bilməsidir.

Əsas mövzular