19:36 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi

Qarabağda növbəti "seçki şousu" - İcma bəyanat yaydı

© Sputnik / Ayaz Yaşılyarpaq
SİYASƏT
Qısa URL
18 0 0

"Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir"

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal edilmiş ərazilərimizdə keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkilər" ilə əlaqədar bəyanat yayıb.

İcmadan Sputnik Azərbaycan-a daxil olan bəyanatda bildirilir: "Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər" adı altında növbəti "seçki şousu" təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta "rəhbərləri" olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu "seçkilər" nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur.

Əslində işğalçı Ermənistan və qanlı xunta belə "seçkilər" keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız öz-özlərini aldatmaqla məşğul olurlar. Saxta "seçkilər" həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır.

Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər".

Əsas mövzular