SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa səfiri Bakını tərk edir

© TrendAureliya Buşez - Fransanın Azərbaycandakı səfiri
Aureliya Buşez - Fransanın Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Abunə olmaq
Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaş ölkəsi olduğunu vurğulayıb

BAKI, 3 sentyabr — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Aurelia Buşezi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaş ölkəsi olduğunu vurğulayıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və bağlılıq layihələrinin əhəmiyyəti qeyd olunub.

Чрезвычайный и Полномочный Посол Франции в Азербайджане Захари Гросс - Sputnik Azərbaycan
SİYASƏT
Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı
 Səfir Aurelia Buşez Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi ölkəyə çevrildiyini bildirib.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib və son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasət, iqtisadiyyat, mədəniyyət, elm-təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir xanım Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzu edib.

Xəbər lenti
0