SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidov AŞPA-nın iclasına qatılacaq

© Sputnik / Vladimir FedorenkoДелегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы
Делегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçrədə Avropa Şurası Parlament Assambleyasının büro iclası keçiriləcək

BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Tədbirdə qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaq.

Səfər sentyabrın 4-də başa çatacaq.

Xəbər lenti
0