SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Zelenskini təbrik edib

Abunə olmaq
Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib

BAKI, 23 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Azərbaycan-Ukrayna əlaqələrinin, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti
0