CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu bir neçə istiqamətdən rayonlarımızı atəşə tutdu

© Sputnik / Murad OrujovCavab atəşi, arxiv şəkli
Cavab atəşi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

BAKI, 13 avqust — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Ermənistan ordusunun əsgəri bölmələrimiz tərəfindən saxlanılıb

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

 

Xəbər lenti
0