SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mədət Quliyev nazirliyi yeniləyir

© Sputnik / Murad OrujovDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Sənayesi Nazirliyində struktur və kadr dəyişikliyi aparılır

BAKI, 31 iyul — Sputnik. Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib.

Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Müdafiə naziri təmas xəttində vəziyyətlə bağlı ciddi tapşırıq verdi

Eyni zamanda, bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Bayramov MSN-nın Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi naziri Mədət Quliyev imzaladığı müvafiq əmrlə Nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Həmin vəzifəyə Zaur Əliyev təyin edilib.

Bundan başqa, Müdafiə Sənayesi Nazirinin müavini Tofiq Rəfiyev də işdən çıxarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xəbər lenti
0