15:30 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN Azərbaycanın BMT Nizamnaməsində təsdiqlənmiş hüququ barədə

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
27 0 0

Bu gün Ağdamın işğalından 26 il ötür

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar paylaşım edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, XİN sözçüsü paylaşımında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ağdam və digər işğal edilmiş ərazilərdən olan məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Azərbaycanın BMT Nizamnaməsində təsdiqlənmiş hüququdur.

Qeyd edək ki, bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. Ağdamın işğalından 26 il ötür.

İşğal edilmiş Ağdam şəhəri
© Sputnik / Ilya Pitalev

Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Əsas mövzular