08:00 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
37 0 0

B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

BAKI, 19 iyul — Sputnik. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

Sputnik Azərbaycan Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.

Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, B.İsabayev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Əsas mövzular