00:05 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü, arxiv şəkli

"The National Interest": Azərbaycan həm Rusiya, həm də İranın maraq dairəsindədir

© REUTERS / Alexander Zemlianichenko/Pool
SİYASƏT
Qısa URL
22 0 0

Cəmiyyətin bu təbəqəsi hesab edir ki, Rusiya onlara ölkələrindəki radikal siyasi islamın təsirini məhdudlaşdırmağa yardım edəcək

BAKI, 16 iyul — Sputnik. ABŞ-da dərc olunan nüfuzlu "The National Interest" jurnalı Rusiyanın İranla əməkdaşlığının səbəblərini aydınlaşdırmağa çalışıb.

Nəşr yazır ki, Rusiya tərəfi İranın onun sərhədlərinə yaxın olması ilə bağlı qərbi Asiyadakı vəziyyətlə maraqlanır və çalışır ki, Tehran və Vaşinqtonun münasibətlərində olan böhran onun milli təhlükəsizlik maraqlarına toxunmasın.

"The National Interest" qeyd edir ki, Rusiyanın İrana münasibətdə xarici siyasətində üç əsas istiqamət var. Birincisi, Rusiya ərazisində müsəlman əhalinin artması və bu əhalinin ölkədaxili siyasi proseslərə təsir etmək qabiliyyəti ilə bağlıdır. Hazırda Rusiyada təxminən 20 milyon müsəlman yaşayır ki, onların da sayı son 30 ildə iki dəfə artıb. Rəsmi Moskva narahatdır ki, İran kimi ölkələr Rusiyada yaşayan müsəlman əhalinin müxtəlif qrupları arasında siyasi və sosial qeyri-sabitliyi yaratmaq imkanı əldə edə bilər.

Siyasətin ikinci istiqaməti Rusiyanın təsir sahəsi ilə bağlıdır. Rusiya Azərbaycan, Türkmənistan, Ermənistan və s. postsovet ölkələrini öz təsir dairəsi hesab edir. Moskva bu ölkələrdə olan bəzi siyasi və iqtisadi elita arasında olduqca populyardır. Cəmiyyətin bu təbəqəsi hesab edir ki, Rusiya onlara ölkələrindəki radikal siyasi islamın təsirini məhdudlaşdırmağa yardım edəcək.

Bundan əlavə, bu ölkələrin ənənəvi olaraq Tehranla da sıx əlaqələri var. Tarixi, diplomatik və iqtisadi əlaqələrin bu kəsişməsi nəticəsində bu ərazilər həm ruslar, həm də iranlılar üçün qarşılıqlı maraq kəsb edən bir regiondur. İki ölkə arasında əməkdaşlıq əsasən Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları ətrafında cəmləşib.

Üçüncü istiqamət isə humanitar və iqtisadi risklərlə bağlıdır ki, Rusiya və İranda onlar əksər hallarda üst-üstə düşür. Hazırda Rusiya və İran onları unikal sivilizasiya olaraq təqdim edən siyasət yürütməklə öz uğursuzluqlarını kompensasiya etməyə çalışırlar. Ümumi olaraq, Rusiya tərəfi geosiyasi oyunçunun öz mövqeyini saxlamağa və müsəlman dünyasına təsir göstərməyə çalışır, lakin eyni zamanda müsəlmanlarla bağlı münaqişələrə cəlb olunmaq istəmir.

Əsas mövzular