SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın xaricdəki səfirliklərinin sayı açıqlandı

© AZƏRTACAzərbaycanın Avstraliyadakı səfirliyi
Azərbaycanın Avstraliyadakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın 59 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir

BAKI, 9 iyul — Sputnik. "Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində çıxışı zamanı bildirib.

"Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi var. 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir. Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur", - deyə Məmmədyarov vurğulayıb.

Xəbər lenti
0