SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tuskun Bakı səfərinin gündəmi bilindi

© Official website of President of Azerbaijan Republiclham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb
lham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı tərəflər ikitərəfli, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edəcək

BAKI, 6 iyul — Sputnik. Avropa İttifaqı Şurasının sədri Donald Tusk iyulun 9-u Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə diplomatik mənbə bildirib.

"Bakıya səfəri zamanı Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. O, həmçinin Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək" – deyə agentlik bildirib.

Məlumata əsasən, görüş zamanı tərəflər ikitərəfli, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Onlar eyni zamanda 2008-ci ildən Azərbaycanın iştirak etdiyi "Şərq Tərəfdaşlığı" proqramı ətrafında da fikir mübadiləsi aparacaq.

Xəbər lenti
0