CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-dan Azərbaycana dəstək mesajı: "Birgə addımlayacağıq"

Abunə olmaq
"Birləşmiş Ştatlar və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. "ABŞ ölkə müstəqilliyini bərpa edən ilk gündən Azərbaycanı dəstəkləyib".

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger  - Sputnik Azərbaycan
ABŞ Azərbaycanın özündən əlavə töhfəsini də dəstəkləyir

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-ın 243-cü Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib. 

Səfir vurğulayıb ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir: "ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və qiymətləndirir. Birləşmiş Ştatlar olaraq biz Azərbaycanı bundan sonra dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlayacaq. Azərbaycan və ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur".

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın Maliyyə naziri Samir Şərifov ABŞ xalqını və hökumətini Azərbaycan hökuməti adından təbrik edib.

Nazir vurğulayıb ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial-iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir: "ABŞ Cənub Qaz dəhlizi daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir. 

İlqar Vəlizadə  - Sputnik Azərbaycan
ABŞ sanksiyalarla nəyə nail olmaq istəyir - politoloq İranın durumunu təhlil edir
ABŞ prezidenti Donald Trampın İlham Əliyevə təbrikində Azərbaycanın beynəlxalq təhlükəsizliyə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə haqda sözləri əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar ABŞ-dan Azərbaycana həyata keçirilən səfərlərin sayının artması əlaqələrin yüksələn xətt üzrə inkişafının göstəricisidir".

Samir Şərifov vurğulayıb ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar investisiya yatırıb, Azərbaycan isə ABŞ-a 8, 2 milyard dollar sərmayə yatırıb.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində Azərbaycan ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyir.

Xəbər lenti
0