SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın yeni qorxusu: Fransa – Azərbaycan əməkdaşlığına qarşı çıxdı

© AFP 2023 / LUDOVIC MARINAzərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan ümid edir ki, Fransa istehsalı olan silahlar Qarabağda istifadə olunmayacaq

BAKI, 3 iyul — Sputnik. Ermənistan ümid edir ki, Fransa istehsalı olan silahlar Qarabağda istifadə olunmayacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Qeyd edək ki, Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən "Paris Air Show-2019" sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın silah və hərbi texnika istehsalçısı olan "Nexter" birgə təkərli zirehli texnika istehsalını müzakirə edib.

Naqdalyan vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyi regionda silahlanma yarışı məsələsini diqqətdə saxlayır. Bura Fransa və Azərbaycan arasında hərbi-sənaye əməkdaşlığı da daxildir.

"Hələ fevralın 5-i prezident Makron bəyan etmişdi ki, digər ölkələrdən fərqli olaraq Fransa embarqo üzrə öhdəliklərinə riayət olunmasına ciddi nəzarət edir. Onun sözlərinə görə, Fransa Qarabağda istifadəsi mümkün olan silahı Azərbaycana satmayacaq" - deyə Naqdalyan vurğulayıb.

O qeyd edib ki, Fransanın bu məsələdə ardıcıl olması və Azərbaycanla əməkdaşlıqdan kənarda qalması olduqca önəmlidir. Çünki bu əməkdaşlıq regionda hərbi balansı pozacaq, sülh və sabitliyə mənfi təsir göstərəcək.

Xəbər lenti
0