SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fazil Mustafa deputat fəallığından danışdı: “Statistika olmalıdır”

Abunə olmaq
“Statistika olmalıdır ki, deputatlar nə qədər qanunvericilik təşəbbüsü ilə çıxış edib”

BAKI, 30 may - Sputnik. “Son dövrlər əsasən deputatın intizamı məsələsi ilə bağlı dəyişikliklərə diqqət yetirilir. Millət vəkillərinin qanunvericilik təşəbbüslərində fəal iştirakı ilə bağlı məsələlərə diqqət yetirilsə, daha yaxşı olar. Təbii ki, intizam olmalıdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna texniki dəyişikliyin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis mühüm məsələlərin həlli üçün toplanıb

F. Mustafa bildirib ki, deputatların hüquq və səlahiyyətlərinin genişlənməsi yaxşı olar: “Deputatın hüquqlarının gerçəkləşməsi istiqamətində addımlar atılmalıdır. Statistika olmalıdır ki, deputatlar nə qədər qanunvericilik təşəbbüsü ilə çıxış edib. Fəallığın artırılması haqqında düşünməliyik, təkcə intizamı gücləndirməklə bu iş bitmir”.

Parlament sədri Oqtay Əsədov isə intizam məsələsinin önəmli olduğunu, qanuna dəyişikliyin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib: “Biz hazırda qanuna texniki dəyişiklikləri müzakirə edirik”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu" haqqında qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi yeni redaksiyada verilib: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".

Mövcud mətndə isə deyilir ki, deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzrsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

Dəyişiklik birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0