11:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Azərbaycan XİN

XİN: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
24 0 0

Leyla Abdullayeva: "Ermənistan XİN-in açıqlaması bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisidir"

BAKI, 25 may — Sputnik. Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə ölkəmizin müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminat verilib və bu barədə "idman və siyasət bir-birindən ayrıdır" mövqeyi dəfələrlə bəyan edilib".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda Arsenal futbol klubunun oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırarkən səsləndirib.

O bildirib ki, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama verməsi bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisidir: "Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanınır".

XİN-in sözçüsü qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.

Əsas mövzular