SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident icra başçısını təltif etdi

Abunə olmaq
Taleh Qaraşova “Vətənə xidmətə görə” ordeni verildi

BAKI, 18 may — Sputnik. Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

© reportTaleh Qaraşov
Prezident icra başçısını təltif etdi - Sputnik Azərbaycan
Taleh Qaraşov

Qeyd dək ki, T.Qaraşov 1959-cu ilin may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub.

1991-1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Mayın 20-də onun 60 yaşı tamam olur.

Xəbər lenti
0