SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıblar

© AP Photo / Yasin BulbulTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışarkən
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb

BAKI, 15 may — Sputnik. Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Prezidentinin Mətbuat xidmətindən məlumat verilib. 

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti  Donald Tusk ilə görüşüb, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev və Donald Tuska arasında görüş olub

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti
0