SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Keşikçidağ” məsələsində ilk addım – Məmmədyarov Zalkaliani ilə görüşdü

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisindəki "Keşikçidağ" mağaralar kompleksi
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Zalkaliani bildirib ki, azərbaycanlı həmkarı ilə məsələylə bağlı daimi ünsiyyətdədir

BAKI, 13 may — Sputnik. Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Brüsseldə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən görüş çərçivəsində Keşikçi Dağı məsələsi ilə bağlı müzakirə aparıblar. 

Xarici İşlər naziri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Məmmədyarov Qarabağla bağlı mövqeyinə görə Uruqvaya təşəkkür edib

Sputnik Azərbaycan-ın ONA-ya istinadla verdiyi məlumata görə, bu barədə gürcüstanlı nazir David Zalkaliani görüş sonrası jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, azərbaycanlı həmkarı ilə məsələ ilə bağlı daimi ünsiyyətdədir.

"Yalnız bu gün deyil, “David Qareci” (Keşikçi Dağı – red.) ilə bağlı bu cür vəziyyət yaranandan bəri hər gün azərbaycanlı həmkarımla ünsiyyətdə olmuşuq. Bu barədə danışmışıq və razılaşmışıq ki, yenilənmiş komissiyanın həmsədrlərinin görüşü bu həftə olsun”.

David Zalkaliani cəmiyyəti və siyasətçiləri emosional bəyanatlar verməməyə çağırıb.

Xəbər lenti
0