SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycanın suverenliyini tanıyan erməni ilə birgə yaşaya bilərik"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan
Abunə olmaq
"Xocalı faciəsinin iştirakçısı olmuş Serj Sarqsyan hələ də azadlıqdadır" - Tural Gəncəliyev

BAKI, 10 may — Sputnik. "Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin elan olunmasından 25 il keçməsinə baxmayaraq, Ermənistan qoşunlarının hələ də Azərbaycan ərazilərdən çıxmamasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - Sputnik Azərbaycan
Rəsmi Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəklədi

"BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməyib və bu, beynəlxalq hüquqin kobud şəkildə pozulması deməkdir. Münaqişə dondurulmuş deyil, uzadılmış münaqişədir. Cəbhədə hələ qarşıdurmalar baş verir. Münaqişənin həlli labüddür. Dağlıq Qarabağ münaqişəsinin ən böyük faciələrindən biri Xocalı faciəsidir. Lakin onun iştirakçısı olmuş Ermənistanın sabiq prezidenti Serj Sarqsyan hələ də azadlıqdadır. Münaqişə tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icması birgə yaşaya bilər. Biz Azərbaycanın suverenliyini tanıyan mülki erməni ilə birgə yaşaya bilərik. Erməni əsgərlərinə bizim torpaqlarda yer yoxdur", - deyə Tural Gəncəliyev qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin qüvvəyə minməsinin 25 ili tamam olması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Qutterişin adına müraciət ünvanlanıb.

Xəbər lenti
0