SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Rusiya ilə münasibətlərin inkişafından məmnunuq" – İlham Əliyev

© Sputnik / Valery Melnikov / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях второго форума международного сотрудничества "Один пояс - один путь" в Пекине
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях второго форума международного сотрудничества Один пояс - один путь в Пекине - Sputnik Azərbaycan
Abunə olmaq
“Qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir”

BAKI, 26 aprel — Sputnik. "Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik".

Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Putin Ukraynanın yeni rəhbərliyinə səsləndi: "İlk addımlarınızı gözləyirik"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Pekində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun" - Prezident İlham Əliyev bildirib.

Xəbər lenti
0